STAR neft emalı zavodu ISO 50001 sertifikatı alıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu enerji idarəetməsi üzrə ISO 50001 sertifikatı alıb.

Trend bu barədə “SOCAR Türkiyə”yə istinadən məlumat verir.

Eyni zamanda, “Petkim” neft-kimya kompleksinin mövcud ISO 50001 sertifikatı yenilənib:

“STAR NEZ ISO 50001 sertifikatı almaqla öz texniki və əməliyyat keyfiyyətini nümayiş etdirib. 2020-ci il dekabrın 21-dən 25-dək “Bureau Veritas” beynəlxalq sertifikat təşkilatı tərəfindən keçirilmiş audit nəticəsində STAR NEZ ilk dəfə enerji idarəetməsi üzrə ISO 50001 sertifikatı alıb”

Qeyd edək ki, ISO 50001 sertifikatı qlobal miqyasda enerji qanunvericiliyinə əməl olunmasının sistemləşdirilməsi və enerji səmərəliliyinin yüksəldilməsi məqsədi ilə beynəlxalıq standartlaşdırmanı nəzərdə tutur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: