STAR neft emalı zavodu idxalı artırıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin avqustunda 850 974 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 825 625 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR avqust ayında 28 865 ton aviasiya yanacağı, 533 289 ton benzin, 72 777 ton aviakerosin, 16 818 ton mayeləşdirilmiş neft qazı, 131 058 ton nafta, 81 008 ton neft koksu, 3 258 ton yüksək kükürd tərkibli mazut, 222 ton ağır vakuum qazoylu, 118 606 ton digər keçid məhsulları, 30 459 ton qaz, 132 ton dizel yanacağı və 115 135 ton digər məhsul istehsal edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: