Rusiya Kommunist Partiyası FTX və Baş Prokurorluğa İosif Stalinin ölümündə Qərb kəşfiyyat xidmətlərinin əlinin olduğu ehtimalını yoxlamaq üçün müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə partiyanın sədri Sergey Malinkoviç məlumat yayıb.
“Stalinin müasirləri sovet rəhbərinin Qərbin təsiri altında olan agentlər tərəfindən mümkün zəhərlənməsindən danışırlar”, – Malinkoviç bildirib.
Qeyd edək ki, İ.V.Stalin 5 mart 1953-cü ildə ölüb.