SSRİ xəritələri Ermənistanla Azərbaycan arasında delimitasiya prosesində istifadə olunacaq yeganə xəritələr deyil.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan jurnalistlərlə söhbətində deyib.
O, SSRİ Baş Qərargahının xəritələrinin 1974-1978-ci illərdə tərtib edildiyini, 1979-cu ildə isə qüvvəyə mindiyini bildirib.
“Lakin bu xəritələr, məncə, delimitasiya prosesində istifadə olunacaq yeganə xəritələr deyil, çünki bu xəritələrdə cavablandırılmayan suallar var”.
Qriqoryan qeyd edib ki, 1976-cı ilin xəritəsi sərhədin yalnız Tavuş hissəsinə, 1978-ci il xəritəsi isə Sünik (Zəngəzur) bölgəsinə aiddir.