SSRİ buna görə dağıldı: Böyük özəlləşmə başlamalıdır

SSRİ buna görə dağıldı: Böyük özəlləşmə başlamalıdır

İlin sonunadək 1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir: Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də maliyyə naziri Samir Şərifova müraciət edirəm. Vəsait ayrılmalıdır ki, məhkəmə qərarları icra olunsun. Əgər məhkəmə qərarları tam şəkildə icra olunmursa, bu, investorları da ölkəyə investisiya qoymağa çəkindirəcək.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin planera iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.

Q.Həsənquliyevin Sovet İttifaqının iqtisadi islahatların həyata keçirilməməsi, böyük özəlləşməyə gedilməməsi səbəbindən dağıldığını xatırladıb:

“Bu gün Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Biz böyük özəlləşdirməyə getməliyik. Biz büdcəni daha da artıra bilərik. Amma böyük islahatlara gedilməsə, nəticə bizim arzuladığımız kimi olmayacaq”.

Teqlər: