SSL sertifikat lazımdır?

İnanmaq çətin olsa da, həqiqət budur ki, internetdəki hər bir klik məlumat mübadiləsidir. Sevdiyiniz veb saytı açanda, YouTube – da video axtaranda və ya instagrama hansısa bir şəkil yükləyəndə, sizin brauzeriniz və serveriniz arasında məlumat mübadiləsi gedir. Bu mübadilə HTTP protokolu sayəsində olur. HTTP bir çatışmazlığı var, o da məlumatların şifrələnməməsidir. Bu səbəbdən sizin şəxsi məlumatlarınız (bank kartı nömrəsi, pasport məlumatlarınız və s.) asanlıqla üçüncü bir şəxs tərəfindən oğurlana bilər.

İndiki zamanda məlumatların qorunmasının əhəmiyyəti böyükdür. Buna görə də məlumatlarımızın təhlükəsizliyini təmin edən HTTPS protokolu tətbiq olunur. 2018-ci ilin iyul ayından etibarən Google, HTTPS protokolundan istifadə etməyən veb saytları etibarsız hesab edir. Bu protokol yaxın zamanda internet “ekologiyası”nın vacib şərtinə çevriləcəkdir.

Saytınızın təhlükəsiz olan HTTPS protokolu ilə işləməsi üçün sizə SSL sertifikat lazım olacaq. Bu, saytın sahibi haqqında məlumatları daşıyan virtual sənəddir.

SSL sertifikatı veb saytın məlumatlarının qorunması ilə yanaşı nə verir?

SSL sertifikat layihənizin SEO baxımından inkişafına kömək edir. Belə ki, onun sayəsində axtarış nəticələrində daha yüksək mövqe tutmağınıza imkan yaranır.

Yoxlanma səviyyəsinə görə 3 növ SSL sertifikat var:

Domen yoxlaması ilə olan DV (Domain Validation)

Bu tip SSL – də yalnız domenin kimə aid olduğu yoxlanılır. Bu tipdən həm fiziki, həm də hüquqi şəxslər istifadə edə bilər. Saytla təhlükəsiz əlaqə yarandıqdan sonra brauzerin ünvan sətrində xarakterik “qıfıl” görünəcək, hansı ki, məlumatların qorunduğunu bildirir.


Şirkətin yoxlanması üçün olan biznes klass sertifikatlar OV (Organization Validation) və ya CV (Company Validation)

Belə SSL sertifikat verildikdə domenin kimə aid olması ilə yanaşı, həmin şirkətin fiziki və hüquqi mövcudluğu da yoxlanılır. Bu tip yalnız hüquqi şəxslər üçündür. Ünvan sətrindəki qıfıla kliklədikdə şirkət haqqında məlumat görünəcəkdir.

Genişləndirilmiş yoxlamalı sertifikat EV (Extended Validation)

Bu sertifikatdan yalnız hüquqi şəxslər istifadə edə bilər və bunun üçün sertifikatlaşdırma mərkəzinə sənədlər təqdim olunmalıdır. Bu dəfə şirkətin mövcudluğu ilə yanaşı, onun qanuni fəaliyyəti də yoxlanılır. Saytın ünvan sətrində sertifikatlaşdırma mərkəzinin etibarlılıq möhürü və şirkət haqqında informasiya öz əksini tapacaq.

SSL sertifikatını necə əldə etməli?

Sertifikat almaq üçün onu verən şirkətlərlə əlaqə saxlamalısınız. Hostimul saytında bir çox tipdə SSL sertifikat mövcuddur. Siz də sertifikatınızı Hostimul-dan əldə edin və saytınızın təhlükəsizliyindən əmin olun.

Teqlər: