Münaqişədə vəziyyət ukraynalıların xeyrinə deyil, Qərb ölkələri, o cümlədən NATO üzvləri istənilən halda Rusiya ilə toqquşmadan qaçmalıdır.
AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan öləcək və bu, Ukrayna üçün bir o qədər pis olacaq. Aylardır eşidirəm ki, ukraynalılar döyüş meydanında öz mövqelərini yaxşılaşdıra bilər, bu da onlara daha yaxşı mövqedən danışıqlara başlamaq imkanı verəcək. Son həftələrdə məlum oldu ki, bu ssenari iflasa uğrayıb, vaxt Rusiyanın tərəfindədir”, – Siyarto bildirib.