Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan “Match TV” turnirində növbəti oyun baş tutub.
AzerTimes xəbər verir ki, Serbiyanın “Srvena Zvezda” komandası ilə Türkiyənin “Fənərbağça” komandası üz-üzə gəlib.
Görüş serblərin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirdəki hər 3 matçını qələbə ilə başa vuran “Srvena Zvezda” “Match TV” kubokunun qalibi olub.
Qeyd edək ki, “Fənərbağça” turnirdə sonuncu oyununu iyulun 15-də “Neftçi”yə qarşı keçirəcək.