Şröder istintaqa çağırıldı

Şröder istintaqa çağırıldı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyanın “Şimal axını 2” qaz kəmərinin tikintisinə dəstək fondunun işi ilə bağlı aparılan istintaqa şahid qismində çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

İstintaq Komissiyası hadisələrə aydınlıq gətirmək üçün keçmiş federal kansler Gerhard Şröderi şahid qismində dinləmək istəyir.

Qeyd olunub ki, Şröderin çağırılması ilə bağlı qərar iyunun 28-də keçirilən qapalı iclasda verilib. Dinləmələrin vaxtı hələlik məlum deyil.

Teqlər: