Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.
Daha 112 nəfər itkin düşmüş sayılır. 500 minə yaxın insan daşqınlar səbəbidən evlərini tərk etmək məcbutiyyətində qalıblar.
Təbii fəlakətlərlə mübarizə mərkəzinin məlumatına görə, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb.
Ölkə rəhbərliyinin sözlərinə görə, Nivala çayının ətraf rayonlarında və paytaxt Kolombo şəhərinin yaxınlığında daşqın təhlükəsi azalıb. Lakin, paytaxtdan cənubda yerləşən ərazilərdə vəziyyət dəyişməz olaraq qalır.
Şri-Lanka rəhbərliyi yardım üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.