“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər “PAŞA Bank”da iş təklifi alıb

“PAŞA Bank”da “PL/SQL” proqramçı olaraq çalışmaq istəyən şəxslər üçün xüsusi olaraq təşkil olunan onlayn təlim sessiyaları artıq bitib.

Təlimlərdə iştirak üçün müraciət edən 200 namizəd arasından “Hackerank” test platforması üzərindən ən yaxşı nəticə göstərən 42 nəfər seçilib. Növbəti mərhələnin nəticələrinə əsasən seçilən 20 namizəd ümumi sayı 16 olan “SQL”, “PL/SQL” və “Bank əsasları” mövzularında sessiyalara qatılıb.

Təlim sonunda iştirakçılara sertifikatlar təqdim edilib, sessiyaları uğurla bitirən 4 namizəd isə “PAŞA Bank” tərəfindən iş təklifi alıb.

Qeyd edək ki, təlimlər Rəqəmsal Mühəndislik departamentinin Bank sistemləri üzrə proqramlaşdırma funksional sahəsinin lideri Xəyyam Sadıqovun təşəbbüsü ilə həyata keçirilib. Gələcəkdə bu növ təlimlərin davamlı şəkildə təşkil edilməsi nəzərdə tutulub


Teqlər: