Riqa məhkəməsi “Sputnik” agentliyinin Litva üzrə bölməsinin baş redaktoru Marat Kaseminin həbs müddətini daha iki ay uzadıb.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” məlumat yayıb.
Məlumata görə, Riqa məhkəməsi Kaseminin apelyasiya şikayətini rədd edib.
Xatırladaq ki, Marat Kasem Latviyada sanksiyaları pozmaqda və casusluq fəaliyyətində şübhəli bilinərək saxlanılıb.