Spotify Rusiyada fəaliyyətini dayandırır

İsveçin “Spotify” audio striming platforması Rusiyada
fəaliyyətini tamamilə dayandırmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə isveç nəşrləri şirkətin
bəyanatına istinadən yazır.

Məlumata görə, fəaliyyətin tam dayandırılması apreldə baş verə
bilər. Əsas səbəb kimi Rusiyada qəbul edilmiş “feyklər” haqqında
qanun göstərilir.

“Təəssüf ki, bu yaxınlarda qəbul edilmiş qanun informasiya əldə
etmək üçün əlavə məhdudiyyətlər qoyur, ifadə azadlığını
məhdudlaşdırır. Bu, əməkdaşlarımızın və bəlkə də dinləyicilərimizin
təhlükəsizliyini şübhə altına qoyur”, – məlumatda deyilir.