Ermənistanın Spitak şəhərindən 4 km şimal-şərqdə 3 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.
Ocağı 10 km dərinlikdə olan yeraltı təkanlar yerli vaxtla saat 18:54 qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal təşkil edib.
Zəlzələ Spitakla yanaşı, Stepanavan, Vanadzor, Şirakamut, Ardjur, Lernapat və Şaumyanda da 3-4 bal gücündə hiss edilib.