Mayın 10-da Ermənistan tərəfindən növbəti dəfə Basarkeçər rayonu Zod kəndi istiqamətində təxribata əl atılıb. Erməni təxribatı zamanı bir hərbi qulluqçumuz şəhid olub, bir hərbi qulluqçumuz yaralanıb. Allah şəhidimizə rəhmət etsin. Yaralı hərbiçimizə Allahdan şəfa diləyirəm.
AzerTimes xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, Ermənistanın bu təxribatında məqsədi sülh prosesini pozmaqdır. Ona görə də, cəbhədə baş verənlərə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.