ABŞ-ın “SpeysX” şirkətinin yeni raketi “Starşip”in sınaqları zamanı yanğın baş verib.
AzerTimes xəbər verir ki, sınaqlar uğurla keçsə də, raket prototipinin altından çıxan alovlar ətrafdakı bitki örtüyünün yanmasına səbəb olub.
Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.
Hadisənin sınaqlar zamanı meydana gələn ən böyük yanğın olduğu bildirilir.