“SpeysX” ilk dəfə olaraq “Super Heavy” daşıyıcısını buraxılış meydançasına endirə bilib.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin X hesabında məlumat verilib.
Bildirilib ki, raket uğurlu şəkildə Texasdakı buraxılış meydançasına enib.
“Əvvəlki sınaqlarda bunu etmək alınmayıb, raket ya düşüb, ya da planlaşdırıldığı kimi geri qayıtmayıb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, 2023-cü ilin aprelində ilk sınaq zamanı raket buraxılışdan bir neçə dəqiqə sonra partlamışdı.