“SpeysX” şirkəti “Starlink” internet peykləri ilə birlikdə “Falcon 9” raketinin buraxılışını sabaha təxirə salıb.
AzerTimes xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.
Məlumata əsasən, buna əlverişsiz hava şəraiti səbəb olub.
Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40-cı start kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə sabah baş tutacaq.