“SpeysX” daha 52 mini peyki orbitə göndərdi

“SpeysX” daha 52 mini peyki orbitə göndərdi

“SpeysX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.

AzerTimes xəbər verir ki, daşıyıcı raket 03:32-də Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürüb.

Məlumata görə, yerətrafı orbitə daha 52 mini peyk çıxarılıb. Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 62-cü qrupudur və onların ümumi sayı 3,3 mini ötüb.

Dünyanın ən böyük peyk operatoru olan “SpeysX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Şirkətin qiymətləndirməsinə əsasən, layihənin reallaşdırılması 10 milyard dollara başa gələcək.

Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır.

Teqlər: