“SpeysX” daha 34 mini peyki orbitə çıxardı

“SpeysX” daha 34 mini peyki orbitə çıxardı

“SpeysX” şirkətinin “Falcon 9” raket daşıyıcısı qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

Məlumata görə, yaxın yerətrafı orbitə daha 34 mini peyk çıxarılıb. Daşıyıcı raket şənbə günü yerli vaxtla saat 21:20-d (Bakı vaxtı ilə bazar günü 05:20) Kanaveral burnundakı (Florida ştatı) kosmodromun start kompleksindən buraxılıb.

Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 60-cı qrupudur və hazırda onların ümumi sayı 3,3 minə çatıb.

Teqlər: