Speys TV-nin elan etdiyi “Vətən müharibəsi xatirələri” adlı müsabiqə sona çatıb.
AzerTimes xəbər verir ki, müsabiqəyə 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən 110 xatirə yazısı qəbul olunub.
Müsabiqənin nəticələri isə Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Speys TV-də canlı yayımda münsiflər tərəfindən elan edilib.
Beləliklə, Əməkdar Mədəniyyət işçisi Yusif Şeyxovun, yazıçı Şərif Ağayarın və şair Aqşin Yeniseyin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə müsabiqənin iki qalibi və bir nəfər müsabiqənin xüsusi mükafatçısı elan olunub.
Speys TV-nin yaydığı məlumatda bildirilir ki, müsabiqənin qalibləri Füzuli rayon sakini Tural Nəbiyev və yazıçı Cavid Zeynallı olub. Xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ savaşının iştirakçısı olan Sürəyya Hümmətova təqdim edilib.
Beləliklə Əməkdar Mədəniyyət işçisi Yusif Şeyxovun, yazıçı Şərif Ağayarın və şair Aqşin Yeniseyin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə müsabiqənin iki qalibi və bir nəfər müsabiqənin xüsusi mükafatçısı elan olunub.
Speys TV-nin yaydığı məlumatda bildirilir ki, müsabiqənin qalibləri yazıçı Cavid Zeynallı və Tural Nəbiyev olub. Xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ savaşının iştirakçısı olan Sürəyya Hümmətova təqdim edilib.
Xatırladaq ki, qaliblər diplom və pul mükafatı ilə təltif olunub.