“Falcon 9” ağır raket daşıyıcısı “Starlink” sisteminin qlobal
İnternet əhatə dairəsinin orbital qruplaşmasının artırılması üçün
53 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
AzerTimes-ın
məlumatına görə, bu barədə “SpaceX” şirkətindən bildiriblər.
Buraxılış cümə günü ABŞ-ın şərq sahili vaxtı ilə saat 06:20-də
Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik
Mərkəzinin 39A buraxılış kompleksindən baş tutacaq.