Falcon 9 ağır daşıyıcı raketi Starlink sisteminin 52 mini peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.
Trend xəbər verir ki, bu Starlink-ə internet şəbəkəsinin əhatəsini nişləndirməyə imkan verəcək.
SpaceX-in orbital qruplaşması hazırda hər birinin çəkisi 290 kq olmaqla 1942 kosmik aparatdan ibarətdir. Şirkət hazırda dünyanın ən böyük peyk operatorudur.
Bu, Starlink layihəsi çərçivəsində İnternet peyk qrupunun 2019-cu ilin may ayından etibarən 34-cü, bu il üçün isə 18-ci buraxılışıdır. Starlink peyklərinin əvvəlki partiyası dekabrın 3-də orbitə buraxılıb.