SpaceX 60 ədəd İnternet peykdən ibarət qrupu orbitə buraxacaq

ABŞ-ın “SpaceX” şirkəti orbitə 60 ədəd “Starlink” İnternet peykinin daha bir partiyasını buraxmağı planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bu barədə “Spaceflight Now” saytı xəbər verib.

Məlumata əsasən, Starlink sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qruplaşmasını doldurmaq üçün Falcon 9 ağır peyk-daşıyıçının buraxılmasını ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 12:34-də həyata keçirmək nəzərdə tutulur.


Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin may ayından başlayaraq bir qrup İnternet peykinin orbitə 24-cü buraxılışı olacaq.