S&P beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli
xarici valyutada suveren kredit reytinqini “BB+”-dan “CCC-”-yə,
milli valyutada uzunmüddətli reytinqini isə “BBB-”-dən “CCC-”yə
endirib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “S&P” məlumat yayıb.
Reytinqlər mənfi proqnozla CreditWatch siyahısına (reytinq
nəzərdən keçirilir) yerləşdirilib.