Xəbər - Sədrəddin Ağcayev – Trend:
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi manatın dollara nisbətdə 1USD/1,7AZN səviyyəsində bağlılığının qalacağını təsdiq edib.
Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, məzənnə valyuta bazarına müntəzəm müdaxilələrlə dəstəklənəcək.
“Fikrimizcə, karbohidrogen qiymətləri kəskin azalarsa və bu səviyyədə uzun müddət qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankına mümkün valyuta itklərindən qaçmağa kömək edəcək”, – hesabatda deyilir.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)