“S&P” Azərbaycanın kredit reytinqlərini “stabil” səviyyədə saxlayıb

Xəbər - Zeyni Cəfərov – Trend:

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqləri üzrə proqnozunu “stabil”, yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində saxlayıb.

Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

Agentlik iyulun 23-də Avropa, Yaxın Şərq və Afrikada suveren, regional və yerli orqanlar üçün reytinq və proqnozları təkrar nəzərdən keçirib.

“Standard & Poor’s” 2022-2024-cü illərdə Azərbaycanda ümumi daxili məhsulun orta hesabla 3,9 faiz artımını da proqnozlaşdırır. Eyni zamanda agentlik qeyd edir ki, MDB ölkələrinin bank sektoru yüksək kredit risklərinə məruz qalır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: