S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişi imzalancağı halda Azərbaycanın beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması gözlənilmir.

Trend bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında svop sazişi ilə bağlı danışıqlardan xəbərdardır. Bu saziş Türkiyəyə valyuta ehtiyatlarını artırmağa imkan verəcək.

“Hesab edirik ki, mümkün saziş siyasi xarakter daşıyır və gələcəkdə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasını gözləmirik”, – agentliyin məlumatında deyilir.


Qeyd edək ki, Türkiyə KİV-ləri Azərbaycan Mərkəzi Bankının Türkiyə ilə yaxın həftələrdə bir milyard avro məbləğində saziş imzalayacağını yazır. Türkiyə ilə Birləşmiş Ərəb Əmirlkləri arasında 64 milyard lirə (18 milyard dirhəm) məbləğində analoji saziş artıq imzalanıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: