S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

S&P beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini BB+/B səviyyəsində təsdiq edib.

Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, uzunmüddətli kredit reytinqi üzrə proqnoz Qarabağda atəşin dayandırılması, eləcə də qaz ixracının artmasına əsaslanıb. Bu, 2022-ci ildə Azərbaycanın tədiyə balansını dəstəkləyəcək.

Agentlik hesab edir ki, fiskal və xarici mövqe baxımından Azərbaycan “BB” reytinqli ölkələr sırasına daxildir. Bu fakt Azərbaycan Dövlət Neft Fondunun aktivlərinə əsaslanır.

“Proqnozlarımıza əsasən, 2025-ci ilədək hökumət, təxminən, ÜDM-in 70 faizi səviyyəsində likvid aktivlərə çıxış imkanına malik olacaq, dövlət borcu isə ÜDM-in 30 faizindən aşağı səviyyədə qalacaq. Əlverişli neft qiymətləri də Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansını dəstəkləyir”, – hesabatda bildirilir.

Eyni zamanda, Azərbaycanın reytinq artımına təsir göstərən amillər sırasında institusional effektivliyin zəifliyi, ölkənin iqtisadi bazasının dar və konsentrasiyalı olması, həmçinin pul-kredit siyasətinin məhdud çevikliyi yer alır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: