Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
“Faktla bağlı araşdırmalar davam etdirilir”- məlumatda qeyd edilib.
Qeyd edək ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Elnur İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin içkili vəziyyətdə, söyüşlə edilən zarafat üstə törədildiyi bildirilir.