Soyuqbulaqda etiraz aksiyaları başladı

Soyuqbulaqda etiraz aksiyaları başladı

Aprelin 15-dən 16-a keçən gecə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində valideynlər şagirdlərin zəhərlənməsinə etiraz olaraq aksiya keçiriblər.

AzerTimes xəbər verir ki, aksiya Soyuqbulaqda qızların oxuduğu “Məruf Şafei” orta məktəbində onlarla şagirdin zəhərlənməsindən sonra başlayıb.

Hökumət qüvvələrinin zorakılığı ilə üzləşən etirazçılar bir neçə küçəni bağlayıb, hökumət simvollarını yandırıblar.

Qeyd edək ki, aprelin 15-də Soyuqbulaq, Urmiya, İzə, Takistan və başqa bir neçə şəhərdə yüzlərlə şagird zəhərlənib.

Teqlər: