Gədəbəy rayonunun Söyüdlü kəndinin giriş istiqamətində naryad qrupları xidmət aparır. Kənddə hər hansı gərginlik yoxdur. Yerli sakinlər kəndə rahat şəkildə girib-çıxa bilir, heç bir məhdudiyyət tətbiq olunmur.
AzerTimes xəbər verir ki, bunu ARB-yə açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
DİN rəsmisi əlavə edib ki, əsas məqsəd kənddə ictimai təhlükəsizlik, bütövlükdə asayiş qorunsun və gözlənilsin: “Polis tərəfindən hər hansı əlavə qüvvə, xüsusi vasitələr, texnikalar əraziyə cəlb edilməyib. Kənddə normal qaydada həyatlarına davam edirlər”.