Söyüdlüdə hər hansı qorxulu amillər yoxdur – Babayev

Söyüdlüdə hər hansı qorxulu amillər yoxdur – Babayev

Gədəbəy rayonun Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb. Havanın keyfiyyəti öyrənilib. Orada hər hansı bir qorxulu amillər yoxdur.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, havada texniki qazların parametrləri norma çərçivəsindədir:

“Sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur. Torpaq və su ilə bağlı da nümunələr xüsusi laboratiyada analiz ediləcək. Nəticəni sizinlə bölüşəcəyik “.

Teqlər: