Şoyqunun müavini vəzifədən çıxarıldı

Şoyqunun müavini vəzifədən çıxarıldı

Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Mixail Mizintsev vəzifəsindən azad olunub.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Aleksandr Sladkov məlumat yayıb.

Sladkov generalın vəzifədən çıxarılma səbəbini açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Mixail Mizintsev bu vəzifəyə 2022-ci ilin sentyabrında təyin olunmuşdu.

Teqlər: