“Vaqner”in silahlı qiyamından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ətrafına qarşı yoxlamalar aparılır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi Rusiyadakı hazırki vəziyyəti hakimiyyət boşluğu adlandırıb:
“Putinə yaxın kadrların mövqeyi xeyli sarsılıb, lakin yaxın gələcəkdə yüksək profilli istefalar olmayacaq. Eyni zamanda, Rusiya elitasında vəziyyətə Putinin nəzarət etməsinə şübhələr artıb”.