“Cənub” operativ komandanlığı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Xersonun sol sahilindəki Krınki qəsəbəsinin “təmizlənməsi” ilə bağlı bəyanatını təkzib edib.
AzerTimes xəbər verir ki, bu barədə komandalığın məlumatında deyilir.
“Rusiya işğalçı qüvvələri Xerson vilayətinin sol sahilində hücum əməliyyatlarında uğur qazana bilmədi, manipulyasiya və faktların saxtalaşdırılmasına əl atdılar. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi Dnepr çayının sol sahilindəki ərazisinin “təmizləndiyini” elan edib. Rəsmi olaraq bildiririk ki, bu məlumat həqiqətə uyğun deyil”, – deyə bildirilib.
Qeyd edək ki, Şoyqu Krınkinin ələ keçirildiyini məruzə etmiş, Putin də öz növbəsində yaşayış məntəqəsinin rus ordusunun tam nəzarətində olduğunu təsdiqləmişdi.