Rusiya müdafiə naziri Sergey Şoyqu və Türkiyə milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, nazirlər Ukrayna və Suriya mövzuları ilə bağlı fikir mübadiləsi aparıblar.
Şoyqu və Akar Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsini ətraflı müzakirə ediblər.
Suriyada regionda uzunmüddətli sabitliyin qorunmasına yönəlmiş sıx əməkdaşlığın vacibliyi də qeyd edilib.
Bu məsələlərlə bağlı Rusiya-Türkiyə təmasları davam etdiriləcək.