Şoyqu-Uolles görüşünün təfərrüatı: Anam ukraynalıdır…

Şoyqu-Uolles görüşünün təfərrüatı: Anam ukraynalıdır…

2022-ci il vevralın 11-də Britaniya müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqu ilə Ukraynada baş verə biləcək müharibənin mümkün yan təsirləri barədə danışıqlar aparıb.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumatda bildirilib ki, Uolles görüş zamanı Putinin NATO-nun genişlənməsi tələbləri və alyansın Şərqi Avropadakı fəaliyyəti ilə bağlı danışıqlar barədə soruşmaq istəyib. Şoyqu isə mövzuya maraq göstərməyib. Daha sonra britaniyalı nazir həmkarına xəbərdarlıq edib ki, Rusiya Ukraynanı işğal etmək qərarına gəlsə, şiddətli müqavimətlə üzləşəcək. Şoyqu isə Rusiya və Ukraynanın bir ölkə olduğunu, hətta anasının ukraynalı olduğunu deyib. Bununla belə, o, əmin edib ki, onlar müharibəyə başlamağı planlaşdırmırlar.

Nəşr Uollesin Şoyqu barədə fikirlərinə də yer verib:

“Şoyqu gözlərimin içinə baxdı və dedi: “Biz Ukraynanı işğal etməyi planlaşdırmırıq”. Bu, rusların nə qədər hiyləgər olduğunu göstərir”.

Teqlər: