Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Rüstəm Muradova Müdafiə Nazirliyinə qarşı tənqidləri azaltmaq üçün nəyin bahasına olursa-olsun, Uqledarı almağı əmr edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Bir müddət öncə Şoyqu Uqledara hücumun mümkünlüyü ilə bağlı Donetsk vilayətinin qərbində Muradovu ziyarət edib”, – hesabatda qeyd olunub.
İnstitutun analitikləri bildiriblər ki, Muradova Şoyqunun tapşırıqlarını yerinə yetirməsi üçün çoxlu sayda canlı qüvvə və texnika lazımdır. 155-ci Hərbi Dəniz Piyada Briqadasının 136-cı Motoatıcı Briqada ilə əvəzlənməsi isə Rusiya ordusunu qüvvə ilə təmin etməyəcək.