Şoyqu: Rusiya Ukrayna ilə danışıqlara hazırdır

Şoyqu: Rusiya Ukrayna ilə danışıqlara hazırdır

Rusiya Ukrayna böhranının həlli və Qərblə gələcək birgəyaşayış üzrə siyasi müzakirələrə hazırdır.

AzerTimes xəbər verir ki, bunu 10-cu Pekin Syanşan Forumunda çıxışı zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Lazımi şərait yaradılarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də ümumilikdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq. Eyni zamanda, sülhün və qlobal sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyan bütün nüvə gücləri – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bərabərhüquqlu münasibətlərin təmin edilməsi vacibdir. Ədalətli, çoxqütblü dünya nizamını formalaşdırmaq üçün beynəlxalq təhlükəsizliyin arxitekturasını yeniləmək və ona daha böyük sabitlik vermək lazımdır. Buna nail olmaq üçün bütün maraqlı ölkələrin səylərini birləşdirmək lazımdır”, – o bildirib.

Teqlər: