Qismən səfərbərliyə çağırılan şəxslərin artıq 200 mindən çoxu Rusiya Silahlı Qüvvələri sıralarına qatılıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Təşkil olunan bölmələrin şəxsi heyətinin hazırlığı 80 poliqonda və 6 təlim mərkəzində aparılır. Qismən səfərbərliyə çağırılanlar artıq cəlb olunmuş bölmələrlə birlikdə yalnız döyüş koordinasiyasından sonra xüsusi hərbi əməliyyat bölgələrinə göndəriləcək”, – S.Şoyqu bildirib.