Rusiya müdafiə naziri Sergey Şoyqu bir sıra yüksək rütbəli hərbçiləri xidmətlərindən dolayı təltif edib.
AzerTimes xəbər verir ki, təltif olunanlar arasında Qərb Hərbi Dairəsinin komandanı Yevgeni Nikiforov və Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Rüstəm Muradov da yer alıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Nikiforov və Muradova general-polkovnik rütbəsinin verilməsi haqqında fərmanı fevralın 17-də yayılıb.