Rusiya müdafiə naziri general-polkovnik Sergey Şoyqu ilə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Məhəmməd Hüseyn Bagiri arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq vəziyyət məsələləri də müzakirə edilib.
Bildirilib ki, Məhəmməd Hüseyn Bagiri Sergey Şoyqunu İrana dəvət edib.