Şoyqu İrana getdi

Şoyqu İrana getdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bazar ertəsi İrana planlaşdırılmış işgüzar səfərə gedib.

AzerTimes xəbər verir ki, Tehranda o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ilə danışıqlar aparacaq.

Şoyqunu İran Prezidenti Məsud Pezeşkian da qəbul edəcək.

Danışıqlar zamanı təhlükəsizlik, ticarət-iqtisadi layihələr, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunacaq.

Teqlər: