Müdafiəni Dnepr çayının sol sahili boyunca təşkil etmək məqsədəuyğundur.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Ukraynadakı qoşunlarının komandanı, ordu generalı Sergey Surovikin müdafiə naziri Sergey Şoyquya məruzəsində deyib.
“Dnepr çayının sol sahilində müdafiə qərarı asan deyil, eyni zamanda biz hərbçilərimizin həyatını və qoşunun döyüş qabiliyyətini xilas edəcəyik”, – Surovikin bildirib.
Sergey Şoyqu da Surovkinə qoşunları Dneprin sol sahilə çəkilməsinə icazə verib.
“Qoşunların köçürülməsinə başlayın!”, – Şoyqu bildirib.