2023-2026-cı illərdə Rusiya ordusunu genişmiqyaslı dəyişikliklər gözləyir. Məsələn, ordunun sayı 1,5 milyon nəfərə çatdırılacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
“Hərbi personalın sayının artırılması silah təchizatı, qoşunların yerləşməsi və infrastrukturun qurulması ilə əlaqələndiriləcək. Podratçıların işə götürülməsinə xüsusi diqqət yetiriləcək. Mövcud hərbi dairələrdə və yeni ərazilərdə poliqonların sayı artırılacaq”, – nazir bildirib.