Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bazar ertəsi Əfqanıstana səfər edib və orada ölkənin ali rəhbərliyi ilə görüşüb.
AzerTimes TASS-a istinadən xəbər verir ki, danışıqların dörd raundu çərçivəsində o, baş nazirin müavinləri və nazirlərlə iqtisadi, nəqliyyat və təhlükəsizlik məsələlərini müzakirə edib.
“Demək istərdim ki, Əfqanıstan hökuməti hakimiyyətdə olduğu müddətdə çox şey dəyişib və bu gün biz baş nazirin müavinləri və nazirlərlə bir sıra görüşlər keçirmişik. Bütün sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu, iqtisadiyyat, nəqliyyat, təhlükəsizliyə aiddir”, – Şoyqu bildirib.