Soyqırım, etnik təmizləmə və düşmənçiliklə bağlı bütün söhbətlər süni idi və sizin şəxsi məqsədlərinizə xidmət etmək üçün yaradılmışdır.
AzerTimes xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində Ermənistanın keçmiş və indiki hakimiyyətinə, Qarabağ separatçılarının keçmiş liderlərinə müraciət edərək yazıb.
“Əvvəlkilər, indikilər, ortalar, aşağılar, yuxarılar – hər şeyi diqqətlə dinləyin. Gedin birlikdə dua edin ki, Azərbaycan birdən-birə ermənilərin inteqrasiyasına başlamasın. Çünki birdən başlasa və Qarabağda ermənilərin rahat yaşaması üçün bütün şəraitin qorunub saxlanacağı üzə çıxsa, o zaman siz də bir dəstə olaraq “arxanızı” yuyub gözləməyə hazır olun. Bu halda aydın olacaq ki, ermənilərin Azərbaycanın tərkibində Qarabağda həmişə problemsiz yaşamaq imkanı olub. Bu o deməkdir ki, soyqırım, etnik təmizləmə və düşmənçiliklə bağlı bütün söhbətlər süni olub, sizin öz məqsədlərinizə xidmət etmək üçün yaradılıb. Yəni, bu o demək olacaq ki, Qarabağın və Ermənistanın bu uzun işgəncələri, ölümləri ancaq sizin problemlərinizi həll etmək üçün olub. Biz hələ də əlaqə saxlayacağıq, uzağa getməyin”, – o bildirib.