İran-Türkiyə sərhədindəki divar terrorizmin qarşısının alınması məqsədi ilə çəkilib.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O, İranda PKK terror təşkilatının komanda qərargahının olduğunu deyib.
Soylu, həmçinin, 2016-cı ildən bu günə kimi 2 milyon 836 min 775 nəfərin Türkiyəyə qanunsuz yolla girişinin qarşısının alındığını bildirib.
Qeyd edək ki, Suriya qaçqınları istisna olmaqla qanunsuz miqrantların əksəriyyəti İran vasitəsilə Türkiyəyə keçmək istəyənlərdir.