Türkiyə daxili işlər naziri Süleyman Soylu İsveç hökumətini ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib. Onun sözlərinə görə, Stokholm seçki komissiyasına və müşahidəçilərə təzyiq göstərən birliyə sponsorluq edir.
AzerTimes xəbər verir ki, nazirin bildirdiyinə görə, “Oy və Ötesi” adlı birlik seçki qutularında müşahidə prosesində iştirak edə bilməz, çünki təmsilçiləri insanlara təzyiq göstərməyə çalışırlar və bu yolverilməzdir.
“Onların içəri daxil olub, seçki məntəqələrində səs verən insanlara təzyiq göstərməsi seçki qanunvericiliyinə ziddir. Polisə təzyiq edib deyirlər ki, biz bu sandıqlarla gedəcəyik. İsveç dövləti bu “Oy ve Ötesi” assosiasiyasını maliyyələşdirir, pul göndərir. Niyə? Türkiyədə seçkilərə müdaxilə edib qarışdırmaq üçün. Bu, çox aydındır”, – deyə nazir bildirib.